"Qarabağ" bizi yaxşı sınaqdan keçirəcək" - baş məşqçi
23.01.2020 - 10:39
"Qarabağ" bizi yaxşı sınaqdan keçirəcək" - baş məşqçi

"Qarabağ"ın son yoxlama görüşündə üz-üzə gələcəyi "Siqma" klubu dünən Antalyaya yollanıb.

Apasport.az saytının məlumatına görə, fevralın 2-dək Türkiyədə təlim-məşq toplanışında olacaq Çexiya təmsilçisi yanvarın 25-də Azərbaycan çempionu ilə qarşılaşacaq.

Antalya səfəri zamanı yerli mətbuata açıqlama verən Olomuts klubunun baş məşqçisi Radoslav Latal rəqib seçimini düzgün apardıqlarını söyləyib: "Qış fasiləsindən sonra çempionatda ardıcıl ağır oyunlarımız olacaq. "Teplitse", "Sparta" və "Yablonets" çətin komandalardır. Yoxlama görüşləri üçün rəqib seçimi zamanı bunu nəzərə aldıq. Burada "Qarabağ", "Orenburq" və "Dnepr"lə qarşılaşacağıq. Düşünürəm ki, onlar həm müdafiədə, həm də hücumda bizi yaxşı sınaqdan keçirəcəklər".

Qeyd edək ki, "Qarabağ" yanvarın 25-də "Siqma" ilə yanaşı, Polşa təmsilçisi "Visla Plok"la da qarşılaşacaq.