"Qarabağ" legionerinin transfer hüququnu Polşa klubundan alır
26.02.2022 - 17:18
"Qarabağ" legionerinin transfer hüququnu Polşa klubundan alır

"Qarabağ" yanvarda icarəyə götürdüyü Luka Quqeşaşvilinin transfer hüququnu alacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə “sportinfo.az”a Ağdam klubundan bildirilib.

"Köhlən atlar" Gürcüstan millisinin qapıçısını “Yagelloniya”dan mövsümün sonunadək icarəyə götürüb.

Emil Balayevin Qazaxıstan “Turan”ına keçidini nəzərə alan “Qarabağ” 23 yaşlı gürcü qolkiperi yayda birdəfəlik transfer etmək hüququndan yararlanmağa qərar verib.

Bunun üçün Polşa klubuna təzminat ödəniləcək.