Avrokubokların qrup mərhələsinin I turu başa çatıb.
Apasport.az saytının məlumatına görə, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Avropanın 100 ən yaxşı komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur.
Premyer Liqanın vitse-çempionu cədvəldə 1 pillə geriləyib. 18,500 xala malik Qurban Qurbanovun yetirmələri Avropanın 71-cisi adına şərikdir. Təmsilçimiz Niderland “Feyenoord”u ilə eyni xala malikdir. Təmsilçimiz bir gün əvvəlki mövqeyini qoruyub.
“Qarabağ” 68-70-ci yerləri bölüşən ÇFR (Rumıniya), “Gent” (Belçika) və “Molde”dən (Norveç) 0,500 xal geri qalır.
Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 118,000.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi