“Qarabağ” son 18 ilin rekordunu təkrarladı
03.04.2022 - 16:40
“Qarabağ” son 18 ilin rekordunu təkrarladı

XXI turda “Səbail”i 5:1 hesabı ilə məğlub edən “Qarabağ” Azərbaycan Premyer Liqasının cari mövsümündə yüksək məhsuldarlıq nümayiş etdirir.

Apasport.az saytının məlumatına görə, 20 matçda 46 qol vuran Qurban Qurbanovun yetirmələrinin orta göstəricisi 2,30-a bərabərdir.

Bu, 20 matçdan sonra son 18 il üçün ən yüksək məhsuldarlığın təkrarıdır. “Qarabağ” 2020/21 mövsümündə də 20 qarşılaşmada 46 qol vurmuşdu. Yəni son 18 ildə yalnız ağdamlılar və iki dəfə belə məhsuldarlıq göstərib.

Çempionatın ilk 20 görüşündə daha çox qol vurulmasına sonuncu dəfə 2003/04 mövsümündə təsadüf olunub. Həmin vaxt iki komandanın məhsuldarlığı 2,3-dən yüksək olub.

“Qarabağ” 55, “Şəmkir” 50 dəfə rəqib qapılarına yol tapıb. Həmin göstərici Ağdam klubunun rekordudur.