"Qarabağ" Antalya toplanışını başa vurub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu hazırlıq çərçivəsində bu gün son oyununa çıxıb.
Günorta saatlarında Çexiya klubu "Siqma" ilə qarşılaşan və 1:3 hesabı ilə məğlub olan Qurban Qurbanovun yetirmələri gün ərzində ikinci, ümumilikdə isə 4-cü yoxlama oyununda Plotsk "Visla"sı ilə üz-üzə gəlib. Polşa təmsilçisi ilə qarşılaşma Antalyadakı "Gloria Sereniti" otelinin meydançasında baş tutub. Oyun ərzində iki dəfə hesabda önə keçən ağdamlılar üstünlüyünü qoruya bilməyib. Azərbaycan çempionu 2:3 hesabı ilə uduzaraq toplanışı məğlubiyyətlə yekunlaşdırıb. Əyalət klubunun qollarını Mahir Emreli və Xayme Romero vurub.
Qeyd edək ki, "Qarabağ" buna qədər iki yoxlama matçı keçirib, “Akademika Kilinçeni” (Rumıniya - 2:2) ilə bərabərə qalıb, “Jetısu” (Qazaxıstan - 1:0) üzərində qələbə qazanıb.
Yoxlama oyunu
25 yanvar
18:30. “Qarabağ” – “Visla” (Plotsk, Polşa) – 2:3
Qollar: Mahir Emreli, Xayme Romero