Çempionlar Liqasına I təsnifat mərhələsindən başlayacaq 33 komandadan 22-si dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, bu klublardan 20-si püşkatmada yer alacağı səbəti də bilir.
10 iştirakçı səpələnmiş, 10-u isə səpələnməmişlər sırasında olacaq. Digər 2 komandanın yeri hələ bəlli deyil.
Həmçinin üç ölkənin çempionunun səpələnmiş, dördündə qızıl medal sahibinin səpələnməmiş olduğu müəyyənləşib. Azərbaycan da daxil olmaqla 4 ölkənin çempionunun səbəti məlum deyil.
Lakin “Qarabağ”ın qızıl medallar qazanacağı şübhə doğurmur. Ağdam klubu bunu bacarsa, səpələnmiş olacaq. Yalnız möcüzə Qurban Qurbanovun komandasını çempionluqdan edə bilər.
Bu da o deməkdir ki, Ağdam klubunun 10 mümkün rəqibi bəllidir. Onlardan 6-sı öncədən məlum idisə, daha 4 komanda bu siyahıya düşüb. Bunlar “Zrinski”, “Sürix”, “Sutyeska” və “Hibernians”dır.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
Yunanıstan çempionu
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Jalgiris” (Litva)
Xorvatiya çempionu
Rumıniya çempionu
“Linkoln” (Cəbəllütariq)
Səpələnməmiş
“Zrinski” (Bosniya və Herseqovina)
“Sürix” (İsveçrə)
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
Ermənistan çempionu
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
Polşa çempionu
Albaniya çempionu
Kosovo çempionu
Qeyri-müəyyənlər
İsrail çempionu
Azərbaycan çempionu
“Şemrok Rovers” (İrlandiya)
“Linfild” (Şimali İrlandiya)
Sloveniya çempionu
Lüksemburq çempionu
İlkin mərhələnin qalibi