“Qarabağ”a ilk mümkün rəqib
07.04.2022 - 12:01
“Qarabağ”a ilk mümkün rəqib

Çempionlar Liqasının 2022/23 mövsümünə I təsnifat mərhələsindən başlayacaq 11 klubun adı bəllidir.

Apasport.az saytının məlumatına görə, bu komandalardan beşi artıq püşkatmada yer alacağı səbəti də bilir.

4 çempion indidən səpələnmişlər sırasındadır. Yunanıstan çempionatının qalibi olacaq komanda da bu səbətdə yer alacaq. Yalnız bir klubun zəiflər səbətindəki yeri dəqiqləşib.

Azərbaycan çempionu hələ dəqiqləşməsə də, “Qarabağ”ın Premyer Liqanın qalibi olacağı çətin ki, şübhə doğursun. 1 oyun az keçirən və 11 xal öndə olan Qurban Qurbanovun yetirmələrinin 7 turda qızılı əldən verəcəyi mümkünsüz görünür.

Ağdam klubu çempion olan kimi səpələnmişlər səbətinə düşəcək. Bu da o deməkdir ki, səpələnmişlərdə olacağı dəqiqləşən yeganə komandanı indidən “Qarabağ”a ilk mümkün rəqib saymaq olar. Bu, Batumi təmsilçisi “Dinamo”dur.

Çempionlar Liqasında
I təsnifat mərhələsi
Səpələnmişlər

“Malmö” (İsveç)
“Bodo Qlimt” (Norveç)
HİK (Finlandiya)
TNS (Uels)
Yunanıstan çempionu

Səpələnməmiş
“Dinamo” (Batumi, Gürcüstan)

Qeyri-müəyyənlər
“Jalgiris” (Litva)
“Şemrok Rovers” (İrlandiya)
“Şaxtyor” (Belarus)