Azərbaycan çempionatının I divizionunda xoşagəlməz hadisə yaşanıb.
Apasport.az saytının məlumatına görə, sonuncu – XXVII turun bir matçının nəticəsi ləğv edilib.
Bu barədə AFFA-nın İntizam Komitəsi qərar verib. Qurum “Qarabağ”ın ikinci komandasına 1:0 hesabı ilə qalib gələn “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verilməsini məqsədəuyğun sayıb.
Buna “Qaradağ Lökbatan”ın oyun protokolunda adı qeyd olunmayan futbolçunu meydançaya buraxması səbəb olub. Klub 400 manat cərimə də ödəyəcək.
Bu, mövsümün yekun cədvəlinə də təsir edib. “Qarabağ-2” mövqeyində qalıbsa, “Qaradağ Lökbatan” bir pillə geriləyib. Bundan “Kəpəz” yararlanıb.
1 |
Neftçi-2 |
27 |
20 |
4 |
3 |
64-17 |
64 |
2 |
Zaqatala |
27 |
18 |
2 |
7 |
54-34 |
56 |
3 |
Turan Tovuz |
27 |
14 |
9 |
4 |
41-22 |
51 |
4 |
Sabah-2 |
27 |
14 |
3 |
10 |
47-37 |
45 |
5 |
Qarabağ-2 |
27 |
11 |
4 |
12 |
33-27 |
37 |
6 |
Keşlə-2 |
27 |
9 |
4 |
14 |
32-54 |
31 |
7 |
Kəpəz |
27 |
7 |
7 |
13 |
30-38 |
28 |
8 |
Qaradağ Lökbatan |
27 |
7 |
5 |
15 |
28-44 |
26 |
9 |
Sumqayıt-2 |
27 |
5 |
7 |
15 |
26-49 |
22 |
10 |
MOİK |
27 |
5 |
5 |
17 |
30-63 |
20 |