“Qarabağ”dan Azərbaycan rekordu
04.05.2022 - 11:38
“Qarabağ” tarixində 8-ci dəfə Çempionlar Liqasında mübarizə aparacaq.
Apasport.az saytının məlumatına görə, bu, Azərbaycan futbolunda yeni rekorddur.
Premyer Liqanın qalibi olaraq qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanan Ağdam təmsilçisi son 9 ildə 8-ci dəfə buna nail olur. “Qarabağ” 2022/23 mövsümündə Çempionlar Liqasında çıxış edərək “Neftçi”ni arxada qoyacaq.
Bunadək iki köklü komanda rekorda şərik idi. Həm ağdamlılar, həm bakılılar 7 dəfə bu turnirdə mübarizə aparıb. “Qarabağ” 8-ə çatmaqla yeni rekorda imza atıb.
0
0