Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Omoniya”da daha bir futbolçunun durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Erik Boteak zədəsini tam sağaldıb.
Sonuncu dəfə sentyabrın 30-da Nikosiyada məhz Azərbaycan təmsilçisi ilə qarşılaşmada iştirak edən fransalı futbolçu uzun fasilədən sonra məşqçilər korpusunun sərəncamındadır. Yerli KİV son 8 qarşılaşmanı buraxan 34 yaşlı pleymeykerin Bakıda meydana çıxacağını yazıb.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” oyunu saat 21:45-də başlayacaq.