“Qarabağ”dan irəliləməyə davam - “Neftçi”dən geriləməyə
01.09.2021 - 10:44
Avropanın top klublarının reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.
Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubu 191 xalla 86-cıdır.
Qurban Qurbanovun yetirmələri ötən cədvəllə müqayisədə 2 pillə irəliləyib. Buna qazanılan 12 xal səbəb olub.
“Neftçi”nin uğursuz nəticələri geriləməyə səbəb olub. Bakılılar aktivinə 1 xal əlavə etsə də, 1 addım geriləyib. Hazırda paytaxt təmsilçisi 30 xalla 240-cı sıradadır. 20 xala malik “Qəbələ” 286-cı yerdə qalıb.
Qeyd edək ki, cədvəlin lideri 2068 xalı olan “Real”dır.
0
0