Qış transfer dönəmində "Qarabağ"a keçidi son anda baş tutmayan "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk Türkiyədə diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, klubu tərəfindən çempionatın iştirak ərizəsinə salınmayan futbolçu gününü əylənməklə keçirir.
Yaşıl meydanlardan uzaq qalan Alper eşq həyatına "yelkən açıb". Aktrisa Tuvana Türkaydan ayrılan orta sahə oyunçusu gecə klubundan çıxarkən paparazzilərin obyektivinə tuş gəlib. Yeni sevgilisi ilə yaxalanan Alper jurnalistləri görüncə şoka düşüb və "xanımı tanımıram" deyərək, evinə yollanıb. Bir neçə dəqiqə əvvəl onunla əl-ələ olan gözəl sevgilisi isə marketə qaçmaqla canını qurtarıb.
Qeyd edək ki, Alper Potuk Türkiyənin gecə klublarında ən çox vaxt keçirən futbolçularından biri kimi tanınır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı