Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 6 komandanın hansı səbətdə yer alacağı bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunlar “Klaksvik” və “Tobol”, həmçinin 4 ölkənin çempionlarıdır.
Bu komandalar püşk zamanı səpələnməmiş olacaq. Polşa, Kosovo, Albaniya və Maltada qızıl medalı kim qazansa, bu səbətə düşəcək.
Azərbaycan çempionu bilinməsə də, bu adı “Qarabağ”ın qazanacağı şübhə doğurmur. Qurban Qurbanovun yetirmələri artıq iki gündən sonra çempionluğu təmin edə bilər.
Ağdam klubu bunu bacarsa, səpələnmiş olacaq. Bu da o deməkdir ki, səpələnməmişlərdən biri ilə görüşəcək.
Bu səbətdə 17 komanda yer alacaq. Onlardan 8-i – 4 klub və çempionu bilinməyən 4 ölkə məlumdur.
“Qarabağ” “Klaksvik”, “Tobol”, RFS və Batumi “Dinamo”su ilə görüşə bilər. Polşa, Kosovo, Albaniya və Malta çempionları da mümkün rəqiblərdir.
Qeyd edək ki, möcüzə baş versə və “Qarabağ” çempion olmasa, “Neftçi”nin düşəcəyi səbət dəqiqləşməyib.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
Yunanıstan çempionu
Səpələnməmiş
“Klasksvik” (Farer adaları)
“Tobol” (Qazaxıstan)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
Polşa çempionu
Albaniya çempionu
Malta çempionu
Kosovo çempionu
Qeyri-müəyyənlər
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Şaxtyor” (Belarus)