“Qarabağ”ın futbolçuları milliyə çağırıldı
17.03.2022 - 09:31
“Qarabağ”ın futbolçuları Patrik Andrade və Leandro Andrade Kabo Verde yığmasına dəvət alıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Bubista bu ay keçiriləcək toplanışa onları da çağırıb.
Hər iki orta sahə oyunçusu qarşıdakı 3 yoldaşlıq görüşündə məşqçilər korpusunun sərəncamında olacaq. Bubista ümumilikdə 34 oyunçuya dəvət göndərib. Patrik dəfələrlə millinin formasını geyinibsə, Leandro debüt etmək imkanı qazanıb.
Qeyd edək ki, Kabo Verde martın 23-də, 25-də və 28-də müvafiq olaraq Qvadelupe, Lixtenşteyn və San Marino ilə qarşılaşacaq.
0
0