“Qarabağ”ın futbolçuları seminara qatıldı
08.04.2022 - 15:19
“Qarabağ”ın futbolçuları seminara qatıldı

“Qarabağ-2”nin üzvlərinə danışılmış oyunlarla bağlı seminar keçirilib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli mühazirə oxuyub.

O, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib.

Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə edilib, təcrübə mübadiləsi aparılıb.