“Qarabağ”ın futbolçusu üçün Bakıya gəlir - fransızlar
03.03.2020 - 17:19
“Qarabağ”ın futbolçusu üçün Bakıya gəlir - fransızlar

“Genqam” “Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubirin transferində israrlıdır.

Apasport.az saytının məlumatına görə, Liqa2 təmsilçisi bu transferi həyata keçirmək üçün ölkəmizə nümayəndə göndərəcək.

Fransızlar 28 yaşlı cinah oyunçusunun çıxışını canlı izləmək və danışıq aparmaq məqsədilə aprelin sonlarında Bakıya yollanmağı planlaşdırırlar. Fransa Liqa1-nə vəsiqə uğrunda mübarizə aparan “Genqam”ın rəsmiləri Zubirin transferi ilə bağlı danışıqları aparmaq məqsədilə 2-3 gün paytaxtımızda qalacaqlar.

Qeyd edək ki, Fransada "Qrenobl", "İstr", "Lans" kimi klubların formasını geyinmiş Abdullah Zubirin “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.