“Qarabağ”ın müdafiəçisi Ailton Silva karyerasını Kiprdə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, APOEL braziliyalı cinah oyunçusunun keçidində israrlıdır.
Azərbaycan klubunda icarə əsasında çıxış edən və müqavilə ilə “Ştutqart”a məxsus olan 25 yaşlı futbolçu üçün Nikosiya təmsilçisi almanlarla danışıq aparmağa hazırlaşır. APOEL rəhbərliyi Ailtonun transferi müqabilində “Ştutqart”ın tələb etdiyi 1,5 milyon avroluq təkliflə qarşı tərəfin qapısını döyəcək.
Həmçinin “Qarabağ” da sol cinah müdafiəçisini saxlamaqda maraqlıdır. Lakin ağdamlılar Bundesliqa II klubunun tələbini qarşılamaq iqtidarında deyillər. Bu üzdən oyunçunun mövsümün sonunda APOEL-ə keçmək ehtimalı yüksək qiymətləndirilir.
Qeyd edək ki, “Qarabağ” Ailton Silvanı mövsümün əvvəlində birillik icarəyə götürüb.