"Sumqayıt"ın futbolçusu Elvin Cəfərquliyev mövsümün sonunda komandasını dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, son vaxtlardakı oyunu ilə əsas heyətdə yer alan 20 yaşlı yarımmüdafiəçi karyerasını Azərbaycan çempionu "Qarabağ"da da davam etdirmək imkanına malikdir.
Ağdam klubunun məşqçilər korpusu gənc oyunçunu yaxından izləyir. Onlar müqavilə ilə “Qarabağ”a məxsus olan futbolçunu yayda komandaya qaytarmaq istəyirlər.
"Gənclik şəhəri" təmsilçisi isə Cəfərquliyevin icarə müddətini uzadaraq komandada saxlamaq fikrindədir. Klub rəhbərliyi bununla bağlı "Qarabağ"la danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Elvin mövsümün əvvəlində bir illik "Sumqayıt"a icarəyə verilib.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA