“Qarabağ”ın oyununa bilet satılır
02.04.2022 - 11:40
“Qarabağ”ın oyununa bilet satılır

Azərbaycan Premyer Liqasının XXI turunda keçiriləcək “Qarabağ” – “Səbail” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir.

Qapıarxası və künclərdə yerləşən sektorlar 2 manat, mərkəzi sektorlar 5 manat, VİP biletlər isə 10 manat təşkil edir.

Qeyd edək ki, bu gün keçiriləcək “Qarabağ” – “Səbail” görüşü saat 16:00-da başlayacaq.