“Qarabağ”ın rəqibi hücumçu transfer etdi
11.01.2022 - 16:51
“Qarabağ”ın rəqibi hücumçu transfer etdi

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətini gücləndirib.

Apasport.az saytının “L'Equipe” nəşrinə istinadən məlumatına görə, Fransa klubu konqolu hücumçu Sedrik Bakambu ilə anlaşıb.

Çinin “Beyçzin Qoan” klubu ilə müqaviləsi başa çatan 31 yaşlı forvard Liqa1 təmsilçisi ilə hərtərəfli razılığa gəlib. Tərəflər 2,5 illik müqavilə imzalanmasını qərara alıb. İndi yalnız münasibətlərin rəsmiləşdirilməsi qalıb. Bu isə o deməkdir ki, Bakambu fevralın 17-də və 24-də “Marsel”in heyətində “Qarabağ”la matçlarda iştirak edə bilər.

Qeyd edək ki, Sedrik Bakambu “Beyçzin Qoan”ın heyətində keçirdiyi 87 oyunda 58 qol vurub.