Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatıb.
Apasport.az klublarımızın heyətində ən çox qol vuran futbolçuların siyahısını təqdim edir.
Rekordçu “Qarabağ”ın sabiq futbolçusu Reynaldodur. Onun aktivində 11 qol var.
Onun ən yaxın izləyiciləri üç top geri qalır. Belə oyunçulardan üçü – Riçard Almeyda və Emin Mahmudovla Abdulla Zubir növbəti mövsümdə rekorda yaxınlaşmaq, çatmaq və keçmək imkanına malikdir. Bu üzdən Reynaldonun rekordu üçün təhlükə var. Ümumilikdə isə 14 oyunçu 5-dən çox qola imza atıb.
1. Reynaldo Silva - 11
2-6. Rəşad Sadiqov - 8
2-6. Riçard Almeyda - 8
2-6. Dani Kintana - 8
2-6. Emin Mahmudov - 8
2-6. Abdullah Zubir - 5+3
7-10. Rəşad Sadıqov - 7
7-10. Miçel - 7
7-10. Əfran İsmayılov - 7
7-10. Filip Ozobiç - 7
11-14. Rauf Əliyev - 6
11-14. Donald Gerye - 6
11-14. Sergey Zenyov - 6
11-14. Baçana Sxadadze - 6