"Maraqlı oyunun şahidi olduq. Fasilədən sonra ilk matç çətin keçir".
Apasport.az saytının məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilən oyundan sonra deyib.
Hacıyev mətbuat konfransında əvvəlcə komandasının 0:1 hesabı ilə məğlub olduğu görüşü dəyərləndirib, ardından isə sualları cavablandırıb: "Çalışdıq ki, müdafiədə az səhv edək. Rəqibin təcrübəli futbolçuları öz fərdi bacarıqlarından yaxşı istifadə etdilər. İlk hissədə 2-3 qol imkanımız da oldu. Rəqib təzyiqi artıranda səhvlər başladı. Geniş heyətə sahib komandaya qarşı oynadıq. Bu matçı unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.
- Demək olar Maykl Essyen gələndən bəri ən yaxşı oyununu göstərdi?
- Essyenin ustalığına söz ola bilməz. Sizinlə razıyam. Əvvəl az oynamasına səbəb onun tədbirlərdə olması idi. Bəzən 5, bəzən 3 günlük olmurdu. Qış fasiləsində onunla danışdıq və bildirdik ki, onun köməyinə ehtiyacımız var. Belə oyunlarda onun təcrübəsindən faydalanmaq istəyirik.
- Kasad heyətlə "Keşlə" ilə oyuna necə hazırlaşacaqsınız?
- Rəqiblərə fərq qoymayacağıq. Bu gün "Qarabağ"ın əsəbləri ilə oynamağı bacardıq. Qol da vura bilərdik. Hər oyuna maksimum hazırlaşırıq. Heyətimiz kasad olsa da, gənc futbolçular da özlərini yaxşı tərəfdən göstərə bilər. Bu mövsüm iddiamız ciddi olmasa da, gənc futbolçuları qazana bilərik.
- Yeni transfer Peyman Keşavarzın oyunu sizi qane etdimi?
- Müdafiə mövqeyində problemimiz var idi. Erikonun xroniki zədəsi mövcuddur. "Zirə" ilə son kubok matçında ağır oyun keçirib. 120 dəqiqə meydanda olub. Keşavarz il yarım idi ki, futbol oynamırdı. Baxışa çağırdıq. Onun bəzi keyfiyyətləri bizi qane edir. Getdikcə daha yaxşı olacaq.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı