"Ovusu Kvabena çox yaxşı futbolçudur. Bizim liqada da yaxşı oyun göstərir".
Bunu apasport.az saytına ispaniyalı futbolçu Daniel Seqoviya deyib.
"Neftçi"nin sabiq forvardı “Qarabağ”ın transferini rəsmiləşdirəcəyi Ovusu Kvabena ilə bağlı fikirlərini açıqlayıb. Ölkəsində sayca üçüncü sayılan Sequnda B liqasında oynayan Seqoviya qanalı hücumçunun onlarla görüşdə qol vurduğunu da xatırlayıb: "Eyni liqada çıxış edirik. Bizimlə matçda Ovusu fərqlənib. Onun oyununu görmüşəm, yaxşı hücumçudur. Vurduğu qollarla daim diqqət mərkəzindədir".
Qeyd edək ki, Seqoviya “Badahos"da, Kvabena “Kordoba”da oynayır.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı