“Qarabağ”la “Keşlə” fərqli qütblərdə - 12 tura baxış
02.12.2021 - 00:00
“Qarabağ”la “Keşlə” fərqli qütblərdə - 12 tura baxış

Premyer Liqanın intizamlı və intizamsız klubları bəlli olub.

Apasport.az saytının məlumatına görə, arxada qalan 12 turda ən çox vərəqə alan komanda “Keşlə”dir.

Paytaxt klubu hamıdan çox – 49 cərimə xalına malikdir. “Keşlə” qırmızı vərəqə sayında “Səbail”lə birgə “liderdir” – hərəyə 4. Sarı vərəqə sayında “Qəbələ” hamıdan çox cəzalanıb.

Ən intizamlı komanda “Qarabağ”dır. Ağdamlılar 21 xəbərdarlıq alıb.

 

klub

sarı

qırmızı

cərimə

1

Keşlə

37

4

49

2

Qəbələ

40

2

46

3

Sabah

31

3

40

4

Səbail

23

4

35

5-6

Neftçi

33

0

33

5-6

Zirə

33

0

33

7

Sumqayıt

26

2

32

8

Qarabağ

21

0

21

 

Cəmi

244

15

289