“Qarabağ”la “Neftçi”nin növbəti oyununun vaxtı bəlli oldu
19.02.2020 - 13:05
Azərbaycan Premyer Liqasında XIX turun təqvimi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, iki günü əhatə edəcək qarşılaşmalar fevralın 29-da və martın 1-də olacaq.
Turun açılış oyunu Sumqayıtda olacaqsa, digər 3 görüş Bakıda keçiriləcək.
Azərbaycan Premyer Liqası
XIX tur
29 fevral (şənbə)
16:00. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”
18:00. “Qarabağ”– “Sabah”
Tofiq Bəhramov adına Respublika Stadionu
01 mart (bazar)
15:00. “Zirə” – “Qəbələ”
Zirə İdman Kompleksinin stadionu
17:00. “Neftçi” – “Səbail”
“Bakcell Arena”
0
0