Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Kayrat”ın futbolçusu Quljiqit Alıkuliv Qırğızıstanın olimpiya yığmasına çağırılıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”la Bakıdakı qarşılaşmadan sonra Almatı təmsilçisinə bununla bağlı faks yollansa da, rədd cavabı verilib.
Qazaxıstan klubu 21 yaşlı yarımmüdafiəçisini Qırğızıstanın U-23 yığmasına buraxmayacağını bəyan edib. Klub rəhbərliyi ölkə çempionatındakı vacib matçlar və noyabrın 4-də “Qarabağ”la IV tur qarşılaşmasını nəzərə alaraq bu addımı atdığı barədə qarşı tərəfi məlumatlandırıb.
Qırğızıstanın U-23 yığması Asiya Kuboku-2022-yə vəsiqə uğrunda mübarizə aparacaq. Komanda BƏƏ (24 oktyabr), Oman (27 oktyabr) və Hindistanla (30 oktyabr) E qrupu çərçivəsində üz-üzə gələcək.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən III tur matçında “Qarabağ” “Kayrat” üzərində 2:1 hesablı qələbə qazanıb.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir