Konfrans Liqasının qrup mərhələsinin V turunda “Qarabağ”la qarşılaşacaq “Omoniya” daha bir itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Ektor Yuste sıradan çıxıb.
33 yaşlı ispaniyalı Kipr çempionatının X turunda “Aris”lə görüşün (3:0) 22-ci dəqiqəsində zədələnərək əvəzlənib. Zədəsinin ciddi olduğu aşkarlanarsa, Yuste Bakıya gələcək heyətdə yer almayacaq. Həmçinin dünənki görüşdə narahatlıq hiss etdiyi üçün fasilədən sonra əvəzlənən serbiyalı hücumçu Marko Skepoviçin durumu da qeyri-müəyyəndir.
Hələlik yalnız uzun müddətdir zədədən əziyyət çəkən Komor adalarından olan yarımmüdafiəçi Fuad Baçirounun “Qarabağ”la qarşılaşmanı buraxacağı dəqiqdir.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” görüşü saat 21:45-də başlayacaq.