"Qarabağ"la oyuna özümüzə inanaraq çıxacağıq” – Rauf Əliyev
30.01.2020 - 13:57
"Qarabağ"la oyuna özümüzə inanaraq çıxacağıq” – Rauf Əliyev

"Məşqlərimiz davam edir. "Qarabağ"la matça hazırlaşırıq. Hər şey qaydasındadır və komandada özümü yaxşı hiss edirəm". 

Bunu apasport.az saytına "Səbail"in futbolçusu Rauf Əliyev deyib.

Qış “transfer pəncərəsi”ndə "Neftçi"dən ayrılan hücumçu Premyer Liqanın XV turunda yeni kubunun heyətində debüt edə bilər. Təcrübəli futbolçu Ağdam klubu ilə qarşılaşmalarına baxmayaraq, uğurlu nəticə qazanacaqlarına inandıqlarını bildirib: "Qarabağ" güclü komandadır. Heyətində kifayət qədər yaxşı futbolçular oynayır. Amma biz də özümüzə inanırıq. Bizim də yaxşı komandamız var. "Qarabağ"la oyunda meydana özümüzə inanaraq çıxacağıq. Uğurlu nəticə üçün sona qədər mübarizə aparacağıq".

Qeyd edək ki, Əliyev "Səbail"lə mövsüm sonuna qədər müqavilə imzalayıb.