“Qarabağ”la oyunda geyindiyim formanı divardan asmışam” – Bukayo Saka
26.02.2020 - 10:21
“Qarabağ”la oyunda geyindiyim formanı divardan asmışam” – Bukayo Saka

“Arsenal”ın əsas komandasında debütüm ötən il Ukraynada gerçəkləşmişdi. Səfərdə oynadığımızdan, ailəm üçün ora getmək asan deyildi”.

Apasport.az saytının məlumatına görə, bunu “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Saka deyib.

Yerli mətbuata müsahibəsində “Arsenal”dakı ilk ilini xatırlayan 19 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı keçirilən matçı xüsusi vurğulayıb: “Dnepr”lə matçdan iki həftə sonra "Emireyts"də ilk görüşümə çıxanda ailə üzvlərim məni izləməyə gəlmişdilər. Bu, 17 yaşım tamam olduqdan bir neçə ay sonra Avropa Liqasında "Qarabağ"a qarşı idi. Bir gün əvvəldən meydana start heyətində çıxacağımı demişdilər. Həmin gecəni yata bilməmişdim. Hətta atam da yata bilmədiyini mənə söyləmişdi. Məni dəstəkləmək üçün oyuna gəlmişdilər. Matçdan sonra necə xoşbəxt göründüklərin xatırlayıram. Həmin qarşılaşmada geyindiyim formanı özümlə götürdüm, evdə divardan asmışam”.

Qeyd edək ki, 2018-ci il dekabrın 13-də F qrupunun VI turu çərçivəsində keçirilən “Arsenal” - "Qarabağ" görüşü ingilislərin 1:0 hesablı qələbəsi ilə nəticələnib.