Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”da zədəli futbolçularla bağlı açıqlama verilib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisinə qarşı keçirilən görüşdə xəsarət alan Erik Boteakın durumuna da aydınlıq gəlib.
Kipr klubunun mətbuat xidməti Nikosiyadakı matçdan sonradan meydana daxil olan və zədələnən 34 yaşlı yarımmüdafiəçinin əzələ bağlarının qopduğunu açıqlayıb. Bir müddət əvvəl eyni zədə səbəbindən ay yarım kollektivdən uzaq qalan Boteakın bu dəfə daha uzun müddətə sıradan çıxması istisna edilmir.
Onunla bağlı son qərar təkrar müayinədən sonra veriləcək. Futbolçunun Konfrans Liqasında “Bazel”lə hər iki görüşdə, eyni zamanda “Qarabağ”la Bakıdakı oyunda iştirakı sual altındadır.
Qeyd edək ki, II turun “Omoniya” – “Qarabağ” oyunu 1:4 hesabı ilə yekunlaşıb. Bu komandalar V tur çərçivəsində noyabrın 25-də Bakıda üz-üzə gələcək.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər