“Qrupumuzda önəmli komandalar oynayır”.
Apasport.az saytının məlumatına görə, bunu Konfrans Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.
“Kayrat”la oyunöncəsi mətbuat konfransında qrupu dəyərləndirən norveçli mütəxəssis rəqiblərin güclü olmasının onların inkişafına kömək olacağını bildirib: “Qrupda yer almaq maddi qazanc üçün şansdır. Digər tərəfdən “Bazel”, “Qarabağ”, “Kayrat” kimi komandalarla rəqabət aparmaq bizim inkişafımız üçün çox önəmlidir. Çempionatımızın səviyyəsi yaxşıdır, ancaq avrokuboklarda daha güclü klublarla oynamaq bizə yalnız kömək olar”.
Qeyd edək ki, qrupun digər oyununda “Qarabağ”la “Bazel” bu gün Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi