“Qəbələ” – “Zirə” oyununun hakimləri açıqlandı
11.03.2022 - 13:33
“Qəbələ” – “Zirə” oyununun hakimləri açıqlandı

Azərbaycan Premyer Liqasında XIX turun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun görüşlərini idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Turun “Qəbələ” və “Zirə” arasında mərkəzi oyununda Əliyar Ağayev fit çalacaq.

Azərbaycan Premyer Liqası
XIX tur

12 mart (şənbə)

“Səbail” – “Keşlə”
Hakimlər:
Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Kamal Umudlu
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 16:45

“Sabah” – “Qarabağ”
Hakimlər:
Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena”, 19:00

13 mart (bazar)

“Qəbələ” – “Zirə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Rəşad Əhmədov, Rəhman İmami, Rahil Ramazanov, Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bakcell Arena”, 18:15