“Qəbələ” Elmar Baxşıyevlə bağlı qərarını açıqladı
08.04.2022 - 13:20
“Qəbələ” Elmar Baxşıyevlə bağlı qərarını açıqladı

“Qəbələ” baş məşqçisi Elmar Baxşıyev və köməkçiləri ilə müqavilə müddətini uzadıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 42 yaşlı mütəxəssis, həmçinin köməkçi məşqçilər Xaqani Məmmədov və Rasim Ramaldanov, qapıçı məşqçisi Vüqar Məmmədovla yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.

Əvvəlki müqavilələri 2021/22 mövsümünün sonunda başa çatacaq məşqçilər korpusu daha bir mövsüm “qırmızı-qaralar”ı çalışdıracaq. Məşqçilərlə imzalanan yeni anlaşma 2022/23 mövsümünün sonunadək olan dövrü əhatə edəcək. 

Qeyd edək ki, Elmar Baxşıyev 2019-cu ilin sentyabrından “Qəbələ”nin baş məşqçisidir.