“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının l təsnifat mərhələsində cavab oyununa çıxıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan klubu Niderlandda “Alkmaar”la qarşılaşıb.
Qəbələdəki ilk matçda qonaqlar 4:0 hesablı qələbə qazandığından, budəfəki görüş formal xarakter daşıyıb. Xorvatiyalı referi Dario Belin idarə etdiyi matç təmsilçimizin biabırçı hesabla məğlub olması ilə yekunlaşıb. İki görüşdə ümumilikdə 11 qol buraxan "Qəbələ" turnirlə erkən vidalaşıb.
UEFA Gənclər Liqası
Cavab oyunu
19:00. “Alkmaar” (Niderland) – “Qəbələ” (Azərbaycan) 7:0
Qollar: Koster, 4, 36, de Yonq, 17, van Brederode, 43, van Aken, 60, Kerssens, 63, Meerdinq, 72
Baş hakim: Dario Bel (Xorvatiya)
Alkmaar Təlim-Məşq Mərkəzi
İlk oyun: “Qəbələ” – “Alkmaar” – 0:4
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər