“Qəbələ” ilə müqavilə bağlamaq üçün Azərbaycana gəldi – braziliyalı müdafiəçi
03.08.2021 - 12:05
Braziliyalı futbolçu Ruan Renato karyerasını Azərbaycanda davam etdirəcək.
Apasport.az saytı xəbər verir ki, bu barədə Braziliya mətbuatı məlumat yayıb.
Bildirilib ki, “Ponte Preta”dan yenicə ayrılan 27 yaşlı mərkəz müdafiəçisi 2021/22 mövsümündən “Qəbələ”nin formasını geyinəcək. 2017-ci ildə 6 ay Avstriyada legioner həyatı yaşamış Renatonun “Qəbələ” ilə müqavilə bağlamaq üçün hətta dünən Azərbaycana yola düşdüyü də vurğulanıb.
Qeyd edək ki, Ruan Renato “Ponte Preta”ya ötən ilin oktyabrında “Botafoqo”dan keçib.
0
0