“Qəbələ” irəlilədi, “Qarabağ”la “Neftçi” yerində saydı
16.01.2022 - 00:00
“Qəbələ” irəlilədi, “Qarabağ”la “Neftçi” yerində saydı

Avropanın top komandalarının yeni reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin ilk siyahısında qitənin 435 komandası yer alıb.

Azərbaycanın üç klubu cədvələ daxil edilib. Ölkəmizin ən yaxşı təmsilçisi “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 214 xalla 84-cüdür. 

30 xala malik “Neftçi” 243-cü yerdə qərarlaşıb. Ötən cədvəllə müqayisədə hər iki təmsilçimizin xalı və mövqeyi dəyişməyib.

“Qəbələ” isə bir addımlıq irəliləyişə nail olub. Elmar Baxşıyevin komandası 20 xalla Avropada 288-cidir.

Qeyd edək ki, siyahıya 2212 xalla “Real” başçılıq edir. İlk “üçlük”də yer alanlardan “Bavariya”nın 2020, “Barselona”nın 1938 xalı var.