Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün son yoxlama oyununu keçirib.
Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun son qalibi növbəti yoxlama matçında Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşıb.
Görüş “Arkadia” meydançalarında baş tutub. “Qırmızı-qaralar”ın Antalya 4-cü matçında 2:2 hesablı heç-heçəyə imza atıb. Təmsilçimizin heyətində qolları Asif Məmmədovla Amin Seydiyev vurub.
Qeyd edək ki, “Qəbələ” bunadək Macarıstanın MTK (0:3), Rusiyanın “Çayka” (3:0) və Bolqarıstanın “Etar” (0:0) klubları ilə üz-üzə gəlib.
Yoxlama oyunu
25 yanvar
18:30. “Qəbələ” – “Konkordiya” (Rumıniya) – 2:2
Qollar: Asif Məmmədov, 21, Amin Seydiyev, 58
Arkadia” meydançaları
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı