Premyer Liqanın XII turu başa çatıb.
Apasport.az saytının məlumatına görə, tur iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.
Bunlar Mert Çelik (“Neftçi”) və Stefan Vukçeviçdir (“Qəbələ”). Hər iki oyunçu mövsümdə 4-cü sarı vərəqəsini alıb.
Vukçeviç ikinci dəfə cəzalı duruma düşüb. O, bir dəfə ikinci sarı vərəqə üzündən aldığı qırmızı vərəqəyə görə belə vəziyyətlə üzləşib. “Qarabağ”la görüşdə (0:0) sarı vərəqə alan yarımmüdafiəçi “Zirə” ilə qarşılaşmada istirahət edəcək.
Mertin 4-cü xəbərdarlığı “Səbail”lə matça (1:0) təsadüf edib. O, “Sumqayıt”la qarşılaşmada meydana çıxa bilməyəcək.