“Qəbələ”də yeni müqavilə - toqolu yarımmüdafiəçi
20.02.2020 - 15:49
“Qəbələ” Yaovi Akakpo ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, 2019-cu ilin sonlarından “qırmızı-qaralar”ın düşərgəsində baxışda olan futbolçu ilə 2,5 illik anlaşma əldə olunub.
Toqolu yarımmüdafiəçi 2022-ci ilin yayına qədər Azərbaycan klubunun formasını geyinəcək. 21 yaşlı afrikalı buna qədər vətənində çıxış edib. O, “Pumas” klubunun şərəfini qoruyub.
0
0