"Qəbələ"dən qolsuz bərabərlik – YENİLƏNİB
22.01.2020 - 19:17
"Qəbələ"dən qolsuz bərabərlik – YENİLƏNİB

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yanvarın 12-dən Antalyada hazırlıq keçən “qırmızı-qaralar” 3-cü sınağına çıxıb.

Elmar Baxşıyevin yetirmələri Bolqarıstanın “Etar” klubu ilə üz-üzə gəlib. “Karvansaray” otelinin meydançasında baş tutan matçda qol səsi çıxmayıb. Komandalar 0:0 hesablı bərabərliyə razılaşıblar.

Qeyd edək ki, bunadək iki yoxlama oyunu keçirən “Qəbələ” Macarıstanın MTK klubuna 0:3 hesabı ilə uduzub, Rusiya təmsilçisi “Çayka”nı üç cavabsız qolla məğlub edib. Komanda ayın 25-də keçiriləcək son görüşdə Rumıniyanın “Konkordiya” klubu ilə qarşılaşacaq.
 
Yoxlama oyunu
22 yanvar
17:00. “Qəbələ” – “Etar” (Bolqarıstan) - 0:0
“Karvansaray” otelinin meydançası