“Qəbələ”nin hazırda son pillədə qərarlaşmasından xəbərdaram. Komanda axır iki turda qalib gəlib. Hərdən klubdakılarla danışıram”.
Bunu apasport.az saytına “Qəbələ”nin sabiq futbolçusu Milan Antiç deyib.
Serbiyalı keçmiş müdafiəçi “Qəbələ”nin hazırkı durumunu dəyərləndirib. Çində akademiyaların birində çalışan 39 yaşlı mütəxəssis “Qəbələ”nin Azərbaycan futbolu üçün önəmli klub olduğunu söyləyib: “Qəbələ”dəki çıxışımı hər zaman xatırlayıram. Çünki yaxşı oyunlarımız olub, uğurlu dövr idi. Həmişə iddialılar sırasında olmaq üçün çalışırdıq. Komandanın indi turnir cədvəlinin son pilləsində olması haqda nə demək olar? Kollektivdə çox sayda gənc oyunçu var. “Qəbələ”nin sahib olduğu akademiyadan, stadionlardan Avropada azdır. Azərbaycan futbolunun inkişafı üçün bu klubu və akademiyanı saxlamaq lazımdır. “Qəbələ” Azərbaycan futbolu üçün önəmli klubdur".
Qeyd edək ki, Milan Antiç 2009-2011-ci illərdə “Qəbələ”nin formasını geyinib.