“Qəbələ”yə çatır – “Keşlə”
22.07.2021 - 13:35
Konfrans Liqasının “Soçi” ilə bugünkü qarşılaşması “Keşlə”nin avrokuboklarda 38-ci matçı olacaq.
Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu göstəricidə “Qəbələ”yə çatacaq.
Qitə miqyaslı turnirlərdə “Xəzər Univeristeti” və “İnter” adları altında da oynamış Bakı klubunun debütü 2004-cü ilə təsadüf edib. İndi “Keşlə” adlanan klub ən çox avrokubok oyunu keçirən Azərbaycan klubları sırasında 3-cülüyə şərik çıxıb.
Qeyd edək ki, yalnız iki komanda - “Qarabağ”la “Neftçi” avrokuboklarda daha çox oyun keçirib.
0
0