“Qəbələ”yə gəlmək üçün xahiş - “Admira” rəsmisindən
12.01.2022 - 09:16
“Qəbələ”nin heyətinə qatdığı Patrik Robsonun keçidinin gerçəkləşməsi ilə bağlı detallar bəlli olub.
Apasport.az saytının məlumatına görə, bunu braziliyalı hücumçunun müqavilə ilə məxsus olduğu “Admira”nın idman direktoru Marsel Ketelar açıqlayıb.
O bildirib ki, 24 yaşlı forvard klub rəhbərliyinə müraciət edib: “Futbolçu bizə xahişlə müraciət etdi. O, icarəyə verilməsini istəyirdi. Biz də onun xahişini yerinə yetirdik”.
Qeyd edək ki, “Qəbələ” Robsonu 1,5 illik icarəyə götürüb.
0
0