“Səhər bir az yağır yağsa da, “Qəbələ” ilə oyun zamanı ideal hava var idi. Bu görüşdə üç cavabsız qol vuraraq qalib gəldik”.
Apasport.az saytının məlumatına görə, bunu Macarıstanın MTK klubunun baş məşqçisi Mixail Boris deyib.
Mütəxəssis Türkiyə toplanışı çərçivəsində keçirilən “Qəbələ” ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb. O, 3:0 hesablı qələbədən razı qalıb: “Bu, layiqli qələbə idi. Sevindiricidir ki, gənc futbolçulara yenə şans verə bildik. Onlar yaxşı imkanlar da yaratdılar. Görüşün axarı çox xoşuma gəldi. İndi bir az istirahət etməliyik. Zehni cəhətdən çox yorğun və yüklənmişik. Komandamın göstərdiyi oyunla fəxr edirəm. Bu matçı zədə səbəbindən buraxan Noel Fyulop növbəti qarşılaşmalara hazır olacaq”.