Futbolçuların çıxış etdiyi liqalara əsasən “Qızıl top” səsverməsində ən çox xal toplayan çempionatlar müəyyənləşdirilib.
Apasport.az saytının məlumatına görə, Lionel Messi karyerasının 7-ci “Qızıl top”unu PSJ-nin oyunçusu kimi qazansa da, Liqa1 lider mövqedə qərarlaşmayıb.
Leonun topladığı 613 xal Fransa çempionatının ikinci yeri tutmasına kömək olub. Maraqlıdır ki, ikinci yerin sahibi Robert Levandovskinin (“Bavariya”) mübarizə apardığı Almaniya Bundesliqası da sıralamada üçüncüdür. Əvəzində “Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo ilk “üçlüy”ün son sakini olsa da, İngiltərə Premyer Liqası zirvədədir. “Dumanlı Albion”da çıxış edən futbolçuların topladığı ümumi xal sayı 1000-dən çoxdur.
“Böyük beşlik” ölkələri arasında sonuncu olan İtaliya A seriyasının isə 5 oyunçusu ümumilikdə 59 xal toplaya bilib.
1. İngiltərə Premyer Liqası – 1081 xal
2. Fransa Liqa1-i – 716
3. Almaniya Bundesliqası – 613
4. İspaniya La Liqası – 251
5. İtaliya A seriyası - 59
Qeyd edək ki, dünən “France Football” tərəfindən Parisdə təşkil edilən mərasimdə Lionel Messi “Qızıl top”un qalibi elan olunub.