“Çelsi”nin yarımmüdafiəçisi Jorjinyo “Qızıl top”la bağlı fikirlərini bölüşüb.
Apasport.az saytının məlumatına görə, İtaliya millisinin üzvü kimi favorit hesab etdiyini açıqlayıb.
Titulun favoritləri arasında göstərilən Jorjinyo “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneni fərqləndirib: “Açığı, özümə səs verərdim. Zarafat edirəm. Düşünürəm ki, Kevin De Bruyneyə səs verə bilərdim. O, etdiyi hər şeyə və son illər göstərdiyi möhtəşəm performansa görə bu mükafata layiqdir. Azarkeşlər onun hərəkətlərini izləməyi sevirlər. Çünki De Bruyne yüksək intellektə malik futbolçudur”.
Qeyd edək ki, “Qızıl top”un qalibi noyabrın 29-da Parisdəki tədbirdə elan olunacaq.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir