“Qələbə qazanmağı çox istəyirdik. Bunun üçün böyük şansımız da var idi”.
Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva deyib.
Braziliyalı mütəxəssis DÇ-2020-nin elit-raundunun III turunun Slovakiya ilə oyunu barədə fikirlərini açıqlayıb. O, 3:3 hesablı heç-heçə başa çatan görüşdən tam razı qalmayıb: “Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Bundan istifadə etməyəndə, qələbə də qazana bilmirsən. Təəssüf ki, biz də “çərçivə”yə düşməkdə çətinlik çəkdik. Hesabda önə keçən zaman oyunçularıma sakitləşməyi, rəqibin artıq yorulduğunu, tədricən boşluqlara yol verəcəyini dedim. Amma oyunçularımın qələbə istəyinin çox olması buna imkan vermədi. Bunu intizamsızlıq kimi dəyərləndirməzdim. Sadəcə, istəyin həddindən çox olması dayanmadan hücumlar qurmağa səbəb oldu ki, rəqib də bizi vaxt əks-hücumlarda yaxaladı, əvvəlcə hesabı bərabərləşdirdi, ardınca isə vəziyyəti xeyrinə dəyişdi”.
Cənubi amerikalı yığmamızın taleyinin həll olunacağı Rusiya - Xorvatiya matçının nəticəsinə ümid bəslədiyini də gizlətməyib: “Hələ heç nə bitməyib, şansımız davam edir. Biz qələbə qazansaydıq da, sonuncu oyunun nəticəsini gözləməli idik. Həmin matçda da Xorvatiyanın yenilməməsini, və ya Rusiyanın 3-4 top fərqi ilə qələbə qazanmasını gözləyəcəkdik. İndi Rusiya – Xorvatiya oyununda ikincilərin məğlub olmaması bizim üçün kifayət edəcək”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı