“Qoca” bombardir
28.11.2021 - 19:55
“Lester”in hücumçusu Ceymi Vardi İngiltərə Premyer Liqasının rekorduna şərik çıxıb.
Apasport.az saytının məlumatına görə, forvard 30 yaşından sonra 93-cü qolunu vurub.
Vardi XIII turun “Uotford”la matçında dubla imza atıb. O, 30 yaşdan sonra ən çox qol vuran İan Rayta çatıb. “Arsenal”ın əfsanəsi də eyni sayda qola sevinib.
Qeyd edək ki, hazırda davam edən görüşdə “Lester” “Uotford”u 3:2 hesabı ilə məğlub edir.
0
0