"Bir neçə gün öncə "Tobol"u rəsmən tərk etdim. Keçən il ərzində bu kluba və şəhərə çox alışdım. "Tobol"un heyətində daha da inkişaf edib, Qazaxıstan liqasının ən yaxşı qapıçıları siyahısına düşdüm. Milli komandamızda da debütüm məhz bu klubun şərəfini qoruyaraq baş tutdu".
Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin qapıçısı Emil Balayevə məxsusdur.
Bir neçə gün əvvəl "Tobol"la yollarını ayıran qolkiper instaqram səhifəsi vasitəsilə bunun səbəbini izah edib. O, ötən mövsümün sonunda komandanı belə erkən tərk edəcəyini düşünmədiyini vurğulayıb. Emil bunu erməni əsilli Qriqori Babayanın baş məşqçi təyinatı ilə əlaqələndirib: "Keçən mövsümün sonunda bir daha bu klubda oynamayacağım ağlıma belə gəlməzdi. Lakin bu il "sarı-yaşıllılar"ı tərk etdim. Yeni baş məşqçinin təyinatı sonrası təbii ki, futbol gələcəyim bir çoxlarını maraqlandırırdı. Mən isə məlum səbəblərdən dolayı komandanı tərk etməyə qərar verdim və bundan zərrə qədər də peşman deyiləm".
Qolkiper onun istəyini geri çevirməyən Kostanay təmsilçisinin rəhbərliyinə də təşəkkürünü bildirib: "Klubun rəhbərliyinə minnətdarlığımı bildirmək istərdim. Çünki onlar məni başa düşüb, problemsiz müqaviləyə xitam verməyə razı oldular. "Tobol"un bütün azarkeşlərinə "sağ olun" deyirəm. Kluba gəldiyim ilk gündən mənə dəstək oldular. Hətta indi də yazıb, sevgilərini hiss etdirirlər. Bütün kollektivimizə, komanda yoldaşlarıma, personala təşəkkürümü bildirirəm, sizin hər birinizlə işləmək xoş idi. Kostanay və kostanaylılar barədə məndə yalnız gözəl xatirələr qalacaq. Hər şeyə görə çox sağ olun!"
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı