"Sabah" üçün yaxşı transferdir. Amma Ramil daha güclü liqalardan oynaya bilərdi. Onun "Sabah"da uğurlu olub-olmayacağını indidən demək düzgün deyil. Çünki hələ heç nə bilinmir".
Bunu apasport.az saytına millimizin sabiq futbolçu Aslan Kərimov deyib.
O, Şeydayevin "Sabah"a transferini dəyərləndirərkən, komandada hansı halda uğurlu ola biləcəyini açıqlayıb: "Ramilin "Sabah"da uğurlu ola bilməsinin bir neçə faktoru var ki, ilk növbədə də məşqçi amilidir. Jelko Sopiç Ramili hansı üslubda, necə oynadacaq, ondan tələbləri nə olacaq, bunlar da var. İkinci məsələ, komandanın özünün uğuru məsələsidir ki, yəni, “Sabah” özü uğurlu olacaq ya, yox. Ramil Şeydayev potensialı baxımından "Sabah"a kömək edəcək. Ancaq uğur olub-olmayacağını oyunlar göstərəcək. Əvvəlcədən proqnoz vermək çox çətindir".
Kərimov Şeydayevin yenidən legioner həyatı yaşamasının özündən çox menecerlərdən asılı olduğunu bildirib: "Ramil "Sabah"dan ayrıldıqdan sonra yenidən Avropaya qayıda biləcəkmi? Bu sualın da birmənalı cavabı yoxdur. Sözsüz ki, bu menecerlərdən asılı olan məsələdir. Elə menecer var ki, futbolçunu lap həvəskar liqadan yüksək liqalara sata bilir. Menecer də var ki, yaxşı oyunçusunu sata bilmir. Yəni Ramilin xaricə getməsi menecerlərdən asılı olacaq. Bir də burada ehtiyatda qalacaq, yoxsa oynayacaq, bir sözlə, "Sabah"dakı performansı növbəti transferi üçün tramplin olmalıdır. Bu olmasa, sözsüz ki, yeni mövsümdə yaxşı komandaya transferi sual altında qala bilər".
Qeyd edək ki, Ramil bir gün öncə “Sabah”la mövsümün sonunadək müqavilə imzalayıb.